Yay gəlir, Biz isə skydiving ilə məşqul olmaq üçün məşqlərimizi etməliyik. Amma bütün təlim mərkəzlərindən uzaq olduğumuzdan bu məşqləri nadir həyata keçirə bilirik. Bu dəfə işlə əlaqədar Kiev səfərində açıq tipli borunu seçəsi olduq. Seçəsi deyəndə ki, başqa variantımız yox idi. Bütün Kiev üçün 2 aerodinamik boru təlim mərkəzi var (bizdə heç biri də yoxdur). Onların ikisi də açıq tiplidir. Hava da qarlı olduğundan hər dəfə zəng edəndə işləmədiklərin bildirirdilər və nəhayət elə bir gün gəldi ki, bazar günü bu il üçün sezonu açıq elan etdilər və Biz (Mən və yaxın dostum Rövşən) növbədə birinci idik.

Rəsmi internet səhifələri Kiev:
http://aerofly.com.ua/

Qiymeti 35 dəqiqə üçün 3800 qrn – 249 azn.

         Moskvada isə qapalı boru: https://letarium.ru/

Qiymeti 30 dəqiqə üçün 12000 rub – 355 azn.

          Açıq tipli aerodinmik boruda məşq tamamilə fərqlidir. İlk növbədə kənarlarda döşəkçələr olduğundan o hissələrdə hava aşağıdan vurmur və həmin hissəyə düşdükdə avtomatik yerə yıxılırsan. İkincisi turbulentliyi hiss edirsən. Paraşut ilə tullanışı etdikdə göydən yerə sürətlə enirsən və ozunu bir az məşqlərdən sonra rahat havada saxlaya bilirsən. Aerodinamik boruda isə aşağıdan böyük və sürətlə işləyən pərlər olduğundan hava səni yuxarı qaldırır. Belə olduqda səhv etmə şansın artır. Ən xırda səhv hərəkət belə disbalansa gətirib çıxarır.

Yadımdadır biz Moskvada paraşüt tullanışları etdikdə bir instruktor digəri ilə söhbət edirdi:
“500 defe paraşütla tullanışım olandan sonra ilk dəfə olaraq aerodinamik boruya getdim. Girirəm boruya cəhd edirəm yalnız heç nə alınmır, gah kaska ilə qarşımdakı şüşəyə çırpılıram, gah da ayaqlarım dəyir borunun bir hissəsinə. Özümü lap ilk dəfə paraşütla tullanan bir insan kimi hiss etdim.”

Əgər Siz də boruya gedəsi olsanız bilin ki, daha sonra paraşütla tullanışlarınız çox rahat keçəcək və tez bir zamanda sərbəst tullanış üçün lisenziya əldə edə biləcəksiniz.