3 ildən sonra beynəlxalq lisenziya aldıq. İndi dünyanın istənilən yerindən paraşutla tullanışları həyata keçirə bilərik.

Mən, Fəxri və Rövşən bu xəstəliyə yoluxduq. Bu yolu birgə keçdik və öyrənmə ərəfəsində çox nadir hallarda birgə təyyarədə olurduq. Amma indi tullanışlarımızı bir edirik. 3 dost birgə təyyarəyə gedir, onunla havaya qalxır, bir birimizin paraşutlarını yoxlayır, aramızda paraşutu açma hündürlüyünün bölgüsünü aparırıq.

Qış aylarında aerodinamik boruda məşqlər adamın köməyinə çatır. Mənim özümdə uçmaqla bağlı bir çox çətinliklər var idi. Ayağımı havada əyri tutduğumdan daima fırlanırdım. Ona görə də aerodinamik boruda məşqləri keçmək mənim üçün daha vacib idi. Təyyarədən tullanış edəndə paraşutu açanadək olan vaxt 50 saniyədir. 50-cə saniyə həm öyrənməli, həm həzzini almalı, həm də səmada imtahanı verməli idim. Amma aeroboruda 1 saat sifariş verib rahat məşqləri aparmaq, problemlərin üzərində tələsmədən işləmək, havanı, aerodinamikanı hiss etmək olur.

3 ildir hər kəs bizə deyir ki, “Qaqa bu dəfə biz də sənə qoşulacayıq” amma yenidən yay gələndə 3 dost tullanış etməyə gedirik. 4-cü ilimizdə dostumuz Əbülfəz bizə qoşuldu. Deyəsən hər il əlavə 1 nəfər artırırıq. Allah 100 illiyimizdən saxlasın )

Bir gün Siz də qoşulmaq istəsəniz bilin ki, CHİMERA ictimai birliyimiz var və səmasevərlər bizim ailəyə qoşula bilər.

www.chimera.az