Data Analitikasını necə öyrənim – sualını cavablandırma qərarına gəldim.
Əgər Data Analitikasına keçid etmək istəyirsinizsə yerli bazarda ilk öncə bunu bilməlisiz ki, biznes üzərində data analitika daha vacibdir. Siz ilk öncə şirkətin işləmə prinsipini, biznesin fəaliyyətini yaxşı öyrənməlisiz ki, daha sonra həmin məlumatlar əsasında analitik həllər təklif edəsiniz.

İndi başlayaq Data Analitika kursları və necə öyrənilməsi haqqında. 3 mərhələ kurslar məsləhət görəcəm.


1. Statistika, ekonometrikaya və Data Analitikaya giriş


https://www.coursera.org/specializations/business-statistics-analysis
https://www.coursera.org/learn/erasmus-econometrics
https://www.coursera.org/learn/bayesian
https://www.edx.org/course/introduction-to-data-analysis-using-excel-2
https://www.edx.org/course/essential-statistics-for-data-analysis-using-excel
https://www.edx.org/course/the-analytics-edge

Ardıcıllığı qorumaq məsləhətdir. Şərt deyil ki, sertifikat əldə edəsiniz. Bu iş idman və ya rəqs kimidir. Görmüsüz ki, döyüşü və ya rəqsi yaxşı bacaran sertifikatları ilə öyünsün?! Bacarıqlarınız əsasdır, portfolionuzu genişləndirin. CV-yə sertifikat və ya işinizi yerləşdirsəz əlbətdə ki, işinizə görə qiymət verilmə ehtimalı daha yüksəkdir.

2. Proqramlaşdırma dili. Python, R, SQL.

Python və R üçün
https://www.datacamp.com
http://dataquest.io

Ikinci variant daha “yeməlidir”. Çünki real keyslər üzərində işlər görürsünüz.

SQL üçün
https://www.edx.org/course/sql-for-data-science

3. Vizuallaşdırma


Vizuallaşdırma üzrə bir çox tətbiqlər var (Tableau, PowerBI, QlikView), Microsoft şirkətinin PowerBI və Azure Machine Learning üzrə nümayəndəsi olduğumdan Sizə PowerBI üstünlüklərindən yaza biləcəm. Ən əsası istifadəsinə görə rahat və çox geniş imkanlara malik olmasına görə bu tətbiq hazırda 1-ci yerdədir. Digər tərəfdən də, yeniliklərin ardınca qaçmağı çatdıra bilməyəcəksiniz. Microsoft şirkəti PowerBI proqramının hər ay 1 saatlıq video izahı ilə yeniliklərini açıqlayır.
Kurslara gəldikdə:
https://www.edx.org/course/analyzing-and-visualizing-data-with-excel-2
https://www.edx.org/course/analyzing-and-visualizing-data-with-power-bi-2
https://docs.microsoft.com/en-us/power-bi/guided-learning/

Mütəxəssislər üçün isə əlavə olaraq Data-nın hüquqi tərəfini şirkət daxili və 3-cü tərəfə ötürülməsi qaydalarına görə aşağıdakı kursu məsləhət görərdim.
https://www.edx.org/course/ethics-and-law-in-data-and-analytics-2

Kursların pullu olmasından qorxmayın. EDX platformasında kursları pulsuz da əldə etmək olur, yeganə fərq pullu variantda sertifikat veriləcək. Coursera saytında isə pulsuz müraciət də edə bilərsiniz. Kursu seçdikdən sonra “Financial aid available” düyməsinə vuraraq, bir az “ağlamalı” olacaqsınız, bu kursa pulunuzun olmaması haqqında əsaslı səbəblər göstərsəniz kursları havayı əldə edə bilərsiniz. 
Hər birinizə uğurlar və səbr arzulayıram. Evdə oturduğunuz vaxt ərzində özünüzü inkişaf etdirməyin tam vaxtıdır. Sualınız olarsa komment bölməsində yaza bilərsiniz. İzləyin, cavablandıracam.