Hörmətli Dostlar,

Diqqətinizə paraşüt tullanışları ilə bağlı mənə tez-tez verilən sualların cavablarını çatdırıram. 

  1. Azərbaycanda tullanış etmək mümkündür və tullanışlar harada keçirilir?
  • Azərbaycanda Balakəndə vaxtilə tullanışlar etmək mümkün idi və 1.5 km-dən desant paraşütü ilə enirdin. Sərbəst havada enmə ən yaxşı halda 3 saniyə olurdu. Hazırda ən yaxın və qiymət cəhətdən əlverişli tullanışlar Moskva şəhərindədir.
  1. Hansı məsafədən tullanış həyata keçirilir?
  • Tullanışlar 4 km məsafədən həyata keçirilir və 50-55 saniyə sərbəst olaraq uçursan. Ona görə də bu idman növünə skydiving deyirlər. Paraşüt açıldıqdan sonra maraqsız olur. Yerə enib yenidən tullanış etmək istəyirsən. Göydə olduqda 1 saniyə ərzində 50 metr düşürsən. Sürətin 180-200 km/saat-a çatır.
  1. Hündürlükdən qorxuram. Xüsusi bir dərman var ki, içib tullanışı edim?
  • Xeyr xüsusi dərman yoxdur. Tullanışdan öncə tibbi baxışdan keçirsiniz. Hətta içkili belə tullanış etməyə icazə verilmir. Qorxu ölmək qorxusudur  ki, təyyarəyə mindikdən sonra o qorxu keçir. Çünki variantınız yoxdur. Tullanacaqsınız.
  1. Mən də gedib tullana bilərəm?
  • Prosses nə cürdür: Tullanış etməyin 2 – növü var. Həyatda sadəcə “Mən bunu etdim” demək üçün Tandem tullanışı etmək. Tandem – təcrübəli mütəxəssis ilə birgə tullanışdır. 2 nəfərlik paraşüt onun belindədir. Sizə yalnız əylənmək və həzz almaq qalır. Əlavə olaraq da foto və video çəkiliş etmək üçün operator götüzdürürsünüz. O da çəkir Sizi. 2-ci növ isə sırf bu idman növünə xəstələnirsiniz və solo tullanış etmək istəyirsiniz.
  1. Mən tək tullanış etmək üçün nə etməliyəm.
  • İlk növbədə bilməlisiz ki, havada uçmaq asan iş deyil. Onu öyrənmək və bacarmaq lazımdır. Bunun üçün AFF (Accelerated Freefall) kursları mövcuddur. Kurslar 8 mərhələdən ibarətdir. Tandem və 7 tullanış. Hər tullanışda yeni hərəkətlər və uçduqda özünüzü havada necə saxlamağı, dönmələr etməyi, qabağa və ya arxaya hərəkəti, bel üstə çevrilib yenidən neytral vəziyyətə qayıtmağı öyrənəcəksiniz. Yerdə məşq etdikdən sonra tullanış olunur və səninlə bərabər tandemdən əlavə ilk 3 mərhələdə 2 instruktor olur. Qalan 4 mərhələdə isə 1 instruktor ilə tullanışlar olunur. İnstruktorun məqsədi, səmada onlara imtahan vermək, o isə sənin növbəti mərhələyə keçib keçməməyini qiymətəndirir. Keçmədiyin halda yenidən ödəniş edib, həmin mərhələnin imtahanını verirsən. Tam kursları bitirdikdən sonra paraşütçu passportu açılır və solo tullanışlar etmək mümkündür.
  1. Yerə sağ-salamat enmək şansım nə qədərdir?
  • Bu idman növü ekstrimal idman növlərinə aiddir və bununla məşğul olmağa başlayırsansa qorxu barədə düşünməməlisən. 2 paraşüt var, əsas və rezerv. Birində hər hansı bir problem olduqda digərini açmaq mümkündür. Nə kimi problemlər olur və onların həllini yerdə xüsusi trenajorlar var ki, orada məşq edirsən.
  1. Qiymətlər haqqında məlumat verərdiniz.
  • İlk növbədə yazıram ki, ucuz idman növü deyil. Yazdığım qiymətlər təyyarə biletsiz, yeməksiz, hotelsiz olacaq. Yəni sırf tullanış qiymətləri:

Tandem instruktorla birgə –  272 Azn

Əlavə olaraq operator, video və foto çəkiliş etməsi üçün – 100 Azn

AFF kursları : Tandem – 272 Azn

                 1-ci mərhələ –  235 Azn

                 2-ci mərhələ –  235 Azn

                 3-cü mərhələ – 235 Azn

                 4-cü mərhələ – 180 Azn

                 5-ci mərhələ –  180 Azn

                 6-cı mərhələ –  180 Azn

                 7-ci mərhələ –  180 Azn

        İdeal tullanışda Cəmi –  1697 Azn

AFF tullanışlarda mərhələni keçə bilmədikdə yenidən tullanış edirsən həmin mərhələ üçün qiyməti ödəyirsən.

AFF kurslarını bitirdikdən sonra qiymətlər:

Təyyarə ilə 1 dəfə havaya qalxmaq–38 Azn

Kombinizon 1 günlük   –  6 Azn

Şlem 1 günlük  –  6 Azn

Eynek 1 günlük –  3 Azn

Hündürlük ölçən 1 günlük –12 Azn

Paraşüt 1 dəfə –  15 Azn

Əsas paraşütun yığılması – 5 Azn