Ötən səyahətimdən 2 həftə keçir… Beynim ürəyimlə xüsusi hormoniya yaradaraq yeni səyahət üçün fantaziyamı işə salır və xəyallarda belə təbiətlə qovuşmuş olduğumu hiss edirəm.

Avtobusda, maşında gedərkən yanaqlara toxunan isti külək motosiklet ilə uzaq yol getməyimi tələb edir.

Nəhayət şənbə günü gəlir. Cümə günündən moto-nun yağın dəyişdim, sepini təmizlədim və yağladım, hava filterin yudum və qurumağa qoydum, güzgülərin təmizlədim, bir “öpüş”ü də qoydum benzin bakının üstünə ki, bəs tam hazıram!!!

“Hər dəfə uzaq yola tək səyahətə çıxacağım gün yaxınlaşdıqda xüsusi bir hiss keçirirəm. Bu əsgərliyə gedəndə qatarda düşündüklərinə bərabərdir – “Hara gedirəm, necə gedirəm, nə olacaq?” kimi suallar beynimdə cücərməyə başlamağa başlayır ki, soyuq baş öz sözünü deyir və gələcək barədə sadəcə fikirləşmir. Yola çıxıb və hər anın həzzini yaşamaq lazımdır”

Planda Astara yolu üzərində bütün rayonları gəzməkdir və yola çıxdım. Bakını tərk etmək necədə xoşdur deyə düşünməyə başlamışdım ki, Salyana aparan və yol kənarlarında “baxmalı”, “görməli” bir şey olmadığından diqqəti tamamilə yola yönəldərək motosikletlə birgə yalnız qarşıda ilk görəcəyimiz ağacın altında fasilə edib su içəcəyimi düşünürdüm. 

Hərəkət = Sükut

Məsafələr uzanır, daima qarşında yol görürsən, nə qədər ki hərəkətdə olursan və yetər ki, hər hansı bir məntəqədə fasilə üçün dayanırsan onda bütün yol boyu sükuta qərq olduğunu anlayırsan.

Çatdım Salyana və yağış başladı. Elə böyük dənəciklər göydən tökülür ki, kaskaya dəydikdə takkatak səsləri beynimdə oynayır. Bıy… Bəs mən axı yağışı sevirdim. Bəs bu mənim başıma “bu oyunu niyə açır”?

Biləsuvar istiqamətində yolumu davam edirəm. Yola olan diqqətim daha da artıb. Bundan qabaq düz yol idisə indi heç yolda yoxdur. Amma daxilimdə gözəl bir hiss var. Həmin o hiss ki, artıq mən evdən uzaqdayam. Uzaqdayamsa demək ki, səyahətim davam edir. Süzi və Mən.

Gözlər yaşıllıq görür və beyin özünə gəlməyə başlayır. Sağ tərəfə baxıram sahədə xanımlar nə isə yığırlar, sol tərəfə baxıram eyni vəziyyət. Mən bu yolu maşınla getmişəm, lakin heç zaman bu hissi keçirməmişəm. Xüsusi bir hiss, ahaaa bildim – uşaqlıq… Uşaqlıq hissi. O uşaqlıq ki, ananın aldığı, lakin qonşunun bağının yanından keçdikdə iyinə dayana bilmədiyin və bu daha dadlıdır deyə bağa girərək oğurlayıb yediyin o çiyələyin iyi.

Gözlər yaşıllıq görür və beyin özünə gəlməyə başlayır. Sağ tərəfə baxıram sahədə xanımlar nə isə yığırlar, sol tərəfə baxıram eyni vəziyyət. Mən bu yolu maşınla getmişəm, lakin heç zaman bu hissi keçirməmişəm. Xüsusi bir hiss, ahaaa bildim – uşaqlıq… Uşaqlıq hissi. O uşaqlıq ki, ananın aldığı, lakin qonşunun bağının yanından keçdikdə iyinə dayana bilmədiyin və bu daha dadlıdır deyə bağa girərək oğurlayıb yediyin o çiyələyin iyi.

Dərindən nəfəs alıram və bu iy sinəmə dolur. Daha sonra Cəlilabad yazılan tablonu görürəm.

Gözlərini yum və təsəvvür et ki, həftənin 4-cü günüdür. Amma bu 4 gün ərzində nələr etmisən, nə kimi hadisələr yadında qalıb? Sayırsan? Ağıla bir neçə fikir gəlir. Çünki gün ərzində özümüzə müraciət az edirik. Özümüzə ünsiyyət ayırmırıq. Bu daxilinə qapanma deyil. Ancaq tək olaraq səyahətə çıxanda bunu hiss edirsən. Saata baxırsan hələ 12-00 göstərir. Sənin beynin isə doludur. Yolda hiss etdiyin çətinliklər, həzz aldığın anlar, gördüyün təbiət və toxunduğun ağaclar və ya otlar, yada saldığın məqamlar o qədər çox olur ki, bu sənin üçün 3 sutkalıq normanı doldurur.

Dostum məni qarşıladı. Oturmuşuq Masallıda. Yağışa düşmüşəm. Süzi nəhəng ağacın altında istirahətə dayanıb. Açıq hava və sac yeməyi sifariş olunub. Yağış çox bərk yağır, yarpaqlara toxunan yağış dənəcikləri səs edir. Yağış yerə toxunduqda isti qumdan buxarlanan xüsusi bir iyi hiss edirsən. Süfrə arxasında 3 nəfər oturmuşuq. Hamı çox sakit yeməyini yeyir, məkandan, kollektivdən, sakitçilikdən həzz alır. 1 saata yaxın birgə oturduq, amma demək olar söhbət etmədik. Özlüyümdə hiss edirdim ki, heç söhbətə ehtiyacda yoxdu. Çünki hər kəs bu sakitçilikdən istirahət edir.

Yağış yağır, mən isə, burulan yollarla Yardımlıya gedirəm. Hər burulan yolun arxasında gözəllik gizlənib. Mənim bu təbiətə, bu yaşıllığa necə ehtiyacım var idi. Bəlkə elə bu gözəllikləri taparaq özüm üçün kəşf edirəm deyə mənə bu qədər həzzi bəxş edir.

Yolumu Astara istiqamətində davam etdirmək istəyirəm, lakin hava küləkli və yağışlıdır. Əsas təbiətdən zövq alıramsa niyə mənim həzzimi külək korlamalıdır deyib motosikleti Cəlilabada sürürəm. Bazar günü davam edəcəm fikri ilə… Bazar günü səhər oyanıram. Uzun yola tək çıxdıqda tez zamanda qərar vermək qabiliyyətinə malik olursan. Çünki, güvənəcəyin və ya yardım əlini uzadacağı yeganə bir insan varsa o da – Özünsən. Hava küləkli və yenidən yağış yağır. Mənim isə görəsi və gəzəsi yerlərim, dadası nemətlər, hələ bunun qarğıdalısı qalıb, hələ bunun Lənkəranı, Astarası qalıb. Ona görə də motosikleti Cəlilabadda dostumun həyətində saxlayıb, taksi ilə Bakıya qayıdıb, növbəti şənbə günü yenidən Cəlilabada gedərək Süzimə qovuşacam və səyahətimi davam etdircəm.

Gözlər yaşıllıq görür və beyin özünə gəlməyə başlayır. Sağ tərəfə baxıram sahədə xanımlar nə isə yığırlar, sol tərəfə baxıram eyni vəziyyət. Mən bu yolu maşınla getmişəm, lakin heç zaman bu hissi keçirməmişəm. Xüsusi bir hiss, ahaaa bildim – uşaqlıq… Uşaqlıq hissi. O uşaqlıq ki, ananın aldığı, lakin qonşunun bağının yanından keçdikdə iyinə dayana bilmədiyin və bu daha dadlıdır deyə bağa girərək oğurlayıb yediyin o çiyələyin iyi.

Taksi ilə Bakıya qayıdıram Motosiklet ilə gəldiyim bu yolu maşınla qayıdıram. Bunu şəkillə belə ifadə edərdim. Təsəvvür edin ki, maşınla gedirsiniz. Sizin xüsusi çərçivəniz var və mən özlüyümdə maşınla getdikdə ətrafı belə təsəvvür edirəm.

Lakin motosiklet ilə getdikdə sözlə yox sadəcə şəkillə ifadə edəcəm:

Səyahətə, özünüzə və sükuta vaxtınızı ayırın.