Başını qaldır və göyə bax: göy səma, ağ appaq buludlar…

Mən də bacarıram, mən də uçuram, sadəcə 50 saniyə və bu saniyələr içərisində aldığım həzz bizi artıq ikinci dəfədir ki, Bakıdan düüüüüüz Moskvaya kimi təyyarə ilə, daha sonra 1 saat metro, 3 saat yarım isə qatarla getdikdən sonra sonda taksi sürücüləri ilə qiymət davası aparıb 20 dəqiqə də Aerograd adlı paraşütlə tullanış mərkəzinə (Dropzone -DZ) gəlib çıxmağa məcbur edir.

Biz deyəndə 3 qardaş bu idman növünə necə xəstələnmişiksə onların adların qeyd etməsəm haqsızlıq sayılar. Bu igidlər Rövşən və Fəxridir:

Sözsüz ki, DZ-ya çatdıqda günün ikinci yarısı olur və ancaq həmin günü tullanış edənlərə baxmaqla gününü yekunlaşdırırsan. Bunun özü bir istirahətdir. Təsəvvür edin dayanmısan və göydən səslər eşidirsən: “ppppaaaaart” deyə bir səs gəldikdə demək təyyarədən tullanış oldu və paraşütlər açıldı. Daha sonra yerə eniş edənləri seyr etmək, əks tərəf isə öz professionallıq və ya «bombalığın» nümayiş etdirmək üçün min hoqqadan çıxıraq yerə enir. Gecə düşür və tullanışlar yekunlaşır.

Səhər hazırlığı vəəə.. – Ay qa mən nağayrıram?!- panikası…

Yeməkdən sonra təcili kombinezon, hündürlük ölçən, kaska, əlcək və paraşüt götürürük. Tullanış sayını xüsusi vərəqdə qeyd edirsən və həkimin qəbuluna girirsən. İlk dəfə həkim qəbuluna girirsənsə səndən soruşur ki, nə kimi xəstəliyin var, cavabında heç bir xəstəliyim yoxdur eşidən kimi fikirləşmədən:”xəstəliyin “səma xəstəliyi” olacaq “ deyir. Daha sonra əsas və ən vacib olan hissə ekstrimal hallarda nə kimi tədbirlər görmək lazım olan təlim üçün nəzərdə tutulmuş paraşüt sisteminə qalxırıq. Məşqlər, məşqlər və məşqlər. İndi isə yaxınlaşırsan və kartını uzadırsan. Cıııııııırt və hesabından qəşəng məbləğdə pul çıxılır (hələ öyrənmə ərəfəsindəsən deyə həm öz həm də iki instruktorun yerinə də pul ödəyirsən. Budur sənə qarşındakı sarı saç bir uRus xanımı deyir – Sizin uçuşunuz 12-cidir və uçuşa 20 dəqiqə qalıb. Hər 5 dəqiqədən bir xəbərdarlıq elan edilir ki, bəs indi 15, 10, 5 dəqiqə qalıb.

Pəəəəəəəəəəəəəh başladı… Nə başladı?

Qorxu?…. Əlbətdə qorxu yoxdur. Biz sadəcə bura əylənmək üçün gəlmişik…. Pfff, gəl indi sən bunu başda gedən prosseslərlə uyğunlaşdır da.

Dəqiqələr keçir, sən isə göydə edəcəyin tapşırığı yadına salırsan. Hər dəfə elan verdikcə qeyri adi bir hiss adama gəlib gedir. Bircə 5 dəqiqə qalanda baxış məntəqəsinə çağırırlar və sən təyyarə tərəfə irəliləyirsən. Bu an bütün başda gedən fikirlər buxarlanır və sadəcə yox olur. Təyyarəyə minmək və onu hiss etmək, amma bu təyyarədə qoruyucu kəmərləri bağlama əmrini və gözəl stüardessaların yaxınlaşmasın gözləmirsən. Təyyarə havaya qalxmağa başlayır. Hündürlük 300 metr və başımızdakı kaskalar çıxır. Seyr etmək və ləzzət almaq… Ləzzət? Gəldi yenə bu iyrənc hisslər hansı ki, həyacanlanmağa səni məcbur edir. Bir tərəfdən də instruktor barmaqlayır səni ki, bəs danış görüm – göydə nə edəcəksən? Ovçularda Buck Fever adlanan bir hiss var. Ovladığı heyvana atəş açan zaman xüsusi bir hiss gəlir, adrenalin ele bir həddə çatır ki, həmin an nə keçirdiyini anlamırsan. Bu da ona oxşayır.

3000 metr və hər kəs öz paraşüt sistemlərini yoxlayır. Bərkitməyə ehtiyac olacaq hissələrə baxış keçirir. 3500 metr və hər kəs bir-biri ilə sağollaşır.

4000 metr. Təyyarədə hazırlaş və “qapını aç” işıqları yanır. Təyyarənin sürəti azalır və gözünün qarşısında hər kəs növbə ilə qapıdan 4 km, düz 4 km hündürlüyündən özünü atır. Növbə sənə çatır instruktorlar ilə yaxınlaşırsan qapıya, açıq qapı və o anki ləzzət, hündürlükdən yerə baxırsan. O hissləri heç bir sözlə ifadə etmək olmur. Həmin hisslər ki, hətta bu yazını yazdıqda belə o hissləri yaşayıram. Demək ki, sevirsən… Sən o SƏMAnı sevirsən! Əsas instruktora baxıb “OK” alırsan, daha sonra rezerv instruktora baxıb “OK” alırsan, özün qarşına baxıb “OK” deyirsən. Qabağa, araya və çıxdıııııııııııııııııııııqqqqqqqqqqq. Tez uçuş pozasın almasan beli üstə fırlanaraq bir dəfə də təyyarəni görmüş olacaqsan.

Rahatlan və biz uçuruq. Qarşında üfüq. Sözün bitdiyi yer…. Videoya baxın )

Gözlərin açıb hər bir saniyədən ləzzət aldığın an və bu zaman sən hər bir saniyənin mahiyyətin anlayırsan. Tullanışlardan sonra maşın ilə gəlib işıqforda dayandıqda və qırmızı işığın sönməsinə 50 saniyə qaldıqda o qırmızı işığı sönəcəyi anadək alacağın və ömür boyu o hisslərdən danışacağın bir həzz, paraşütlə tullanış həzzi.

Daha sonra paraşütü açırsan. Bütün bədənin dartıldığını hiss edirsən. Avtomatik olaraq paraşütün tam dolu olduğun, stabil olaraq saxladığın və sağa – sola dönmə əməliyyatların yerinə yetirməsini yoxlayırsan. İndi isə rahat otur və gözəl mənzərəni seyr et (bəziləri seyr etməklə bərabər bir söyüşlər söyürlər, pəəəəəh).

Daha sonra yerə enirsən…

Bir daha istəyirəm və ya gör indi qaqan nağayraJax…

İndi isə bütün qorxu hisslərin qaldı arxada. Daha nə eləcəyini dəqiq bilirsən. Dostlarına emosiyalarını və bu uçuşda havada necə özünü saxlayacağın haqqına danışırsan. Ümumiyyətlə çox qeyri adi bir məkandır. Tullanış sayından asılı olmayaraq hamı bir-birinə yardım göstərir, məsləhətlər və ya ən azından xoş təbəssüm bəxş edir.

Əlavə də bu videoya baxaraq, necə gözəl bir xatirənizin olacağın anlayıb ən azından “bir tandem tullanış etməyə dəyər” kimi fikir beyninizdə dolaşacağına əminəm.